Efiopiyada sərnişin təyyarəsi qəzaya uğrayıb - 100-dən çox ölən var


Digərləri 10 Mar 2019 12:50:16 220 0

Efiopiyada sərnişin təyyarəsi qəzaya uğrayıb - 100-dən çox ölən var

Efiopiyanın baş naziri Abiy Əhməd Əli "Ethiopian Airlines" aviaşirkətinin "Boeing 737" təyyarəsinin qəzaya uğradığını bildirib.

Bakı. Efiopiyanın baş naziri Abiy Əhməd Əli "Ethiopian Airlines" aviaşirkətinin "Boeing 737" təyyarəsinin qəzaya uğradığını bildirib. Trend-in məlumatına görə, nazir bu barədə "Tvitter" sosial şəbəkəsində yazıb. Təyyarə Keniyanın Nayrobi şəhərinə reysi yerinə yetirirdi.