Şəkidə "Toyota Prado" mikroavtobusa çırpıldı,


Digərləri 10 Mar 2019 10:59:00 205 0

Şəkidə "Toyota Prado" mikroavtobusa çırpıldı,

Şəki şəhərində 9 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az Report-a istinadən bildirir ki, hadisə səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistralının yolun Şəki rayonu Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"99-HD-777" dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobillə "Mercedes Vito" markalı mikroavtobus toqquşub.

Nəticədə 9 nəfər bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Xəbərə aid fotolar