Nobel mükafatına layiq görülməyən dahi qadınlar FOTO


Digərləri 10 Mar 2019 04:30:00 258 0

Nobel mükafatına layiq görülməyən dahi qadınlar  FOTO

Bu gün qadınlar cəmiyyətimizin aparıcı qüvvəsidir. Dünyanın müxtəlif ölkələrində qadınlar ictimai-siyasi, elmi və mədəni həyatda ciddi rol oynayırlar və söz sahibidirlər. Lakin elmi tədqiqatlar sahəsində uzun müddət qadınlar kişi həmkarlarının kölgəsində qalıb. Yaxud hansısa ciddi elmi ixtiranın məhz qadın tərəfindən edilməsi elmi və ictimai dairələrdə mümkünsüz hesab olunub. Son onilliklərə qədər xüsusilə dəqiq və təbiət elmlərində əsas söz sahibi kişilər olublar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Beynəlxalq Qadınlar Günü münasibətilə İsveçrənin "Neue Zürcher Zeitung" qəzetində dərc olunan məqalə əldə etdikləri elmi nəticələrə görə layiq olduqları mükafatları almayan, ixtiralarına görə Nobel mükafatının onlara deyil, kişi həmkarlarına nəsib olduğu qadın dahilərə həsr edilib.

Məqalədə oxuculara ilk olaraq amerikalı astronom Henriyetta Sven Livitt (1868-1921) haqqında söhbət açılıb. Harvard Universiteti Rəsədxanasında saatda 25 sent məvaciblə "kompüter" olaraq çalışan H.Livitt gecə səmasının fotolarında müxtəlif ulduzların analizi ilə məşğul olub, fotolar əsasında onların parlaqlığını ölçüb. Sırf riyazi hesablama işləri apardıqlarına görə, rəsədxana rəhbəri Edvard Pikerinq Henriyetta və digər əməkdaşları kompüter adlandırıb. H.Livitt analiz və hesablamaları nəticəsində Sefeid dəyişkən ulduzlarının işıqsaçma gücü və dövriliyi arasında əlaqəni aşkara çıxarıb, kainatın "Süd yolu" (Kəhkəşan) ilə məhdudlaşmadığını isbatlayıb. O, bir növ kainatda ulduzlararası məsafəni müəyyən etmək üçün ölçü metodları təqdim edib. Bütün bu elmi nailiyyətlər isə rəsədxana rəhbəri Pikerinqin adı ilə nəşr olunub. Livittin adı isə ən yaxşı halda yalnız araşdırma iştirakçısı kimi qeyd edilib. Livittin Sefeidlərarası dövrilik və işıqsaçma gücü arasında əlaqə metodundan yararlanan Edvar Habbl 1920-ci ildə Andromeda dumanlığının "Süd yolu"nda yerləşən ulduz topası deyil, ona ən yaxın yerləşən ayrıca qalaktika olduğunu isbat edib.

Elmi nailiyyətləri ilə kölgədə qalan qadınlar arasında avstriyalı fizik Lize Maytnerin (1878-1968) adı da qeyd edilməlidir. Vyanada doğulan yəhudi əsilli alim nasist Almaniyasında təqib olunduğuna görə Berlindəki elmi araşdırmalarını İsveçdə davam etdirib. O, 1938-ci ildə uran atomlarının parçalanmasını elmi şəkildə sübuta yetirib. Lakin nüvə parçalanması ixtirasına görə Nobel mükafatını L.Maytner deyil, Berlində əməkdaşlıq etdiyi almaniyalı professor Otto Hahn alıb.


Xəbərə aid fotolar