Parisdə "sarı jiletlər"in aksiyasında 15 nəfər saxlanılıb


Dünya 09 Mar 2019 23:43:00 383 0

Parisdə "sarı jiletlər"in aksiyasında 15 nəfər saxlanılıb

Fransanın paytaxtı Parisdə "sarı jiletlər" hərəkatının etiraz aksiyaları davam edir.

Son.az Trend-ə istinadən bildirir ki, bu gün etiraz aksiyaları zamanı Parisdə 15 nəfər saxlanılıb. Daha əvvəl 12 nəfərin saxlanıldığı bildirilirdi.

Bildirilir ki, hazırda polis əməkdaşları və etirazçılar arasında qarşıdurmalar Yelisey çöllərində baş verir. Qarşıdurmalar "sarı jiletlərin" aksiyalarının rəsmi olaraq yekunlaşmasından yarım saat sonra başlayıb.