Cəlilabadda kütləvi davada ata və oğulu döydülər


Digərləri 09 Mar 2019 23:06:00 251 0

Cəlilabadda kütləvi davada ata və oğulu döydülər

Cəlilabad rayonunun Günəşli kəndində kütləvi dava zamanı 3 nəfər xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki, hələlik məlum olmayan səbəblərdən tanışlar arasında yaranan mübahisə, sonradan davaya çevrilib.

Hadisə nəticəsində 3 nəfər kənd sakini - 1948-ci il təvəllüdlü Miriyev Mehmanağa Miri oğlu, onun oğlu 1991-ci il təvəllüdlü Miriyev Mirvahid Mehmanağa oğlu və 1982-ci il təvəllüdlü Əhmədov Ceyhun Nadir oğlu müxtəlif xəsarətlərlə xəstəxanaya müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır.