Orqanizmin təmizlənməsi üçün


Digərləri 09 Mar 2019 20:22:00 235 0

Orqanizmin təmizlənməsi üçün

Orqanizmin illərlə yığılmış zərərli maddələrdən təmizlənməsi detoks adlanır.

Bədənin təmizlənməsinin artıq çəkidən xilas olmaqda və özünü sağlam hiss etməkdə çox böyük əhəmiyyəti var.

Su detoks üçün ən yaxşı vasitə sayılır. Gün ərzində bədənin hər kiloqramına görə 30 qram su qəbul edilməsi vacibdir. Bədənin artıq piy qatı və toksinlərdən təmizlənməsi üçün su ilə yanaşı digər detoks proqramlarından da istifadə etmək olar.

Detoks bağırsaqların təmizlənməsi üçün çox yaxşı vasitədir və onun aparılması orqanizmin müqavimətini artırır, immun sistemini möhkəmləndirir.   Bağırsaqların təmizlənməsi üçün xüsusi günlər seçərək həmin günlərdə yüksək kalorili, çox yağlı, duzlu və şirin qidalardan uzaq olmaq lazımdır. Hamilə qadınların və uşaqların detoks proqramından istifadə etməsi yalnız həkim məsləhəti ilə aparıla bilər. Uşaqlar üçün ən yaxşı detoks proqramı təmiz havada gəzmək və çoxlu su qəbul etməkdir.