Gələcəkdə insanlar maşınlarla necə rəqabət aparacaq?


Digərləri 09 Mar 2019 19:55:00 235 0

Gələcəkdə insanlar maşınlarla necə rəqabət aparacaq?

Bu gün mövcud olan işlərin çoxu 10 il bundan öncə yox idi. Bundan 10 il sonra da texnologiya böyük ehtimalla bugünün iş yerlərini əvəz edəcək. Bəs maşınlar iş yerlərində mühüm yer tutmağa başlayanda, işçilər nə edəcək?

Cennail Çavez, adətən, kişilərin çoxluq təşkil etdiyi bir sənət seçəndə tərəddüd etməyib.

Lakin qısa müddət sonra Çavez dərk etdi ki, onun öyrəndiklərini çox yaxında maşınlar həyata keçirə bilər.

"Mən ev tikən 3-D printerlərə rast gəldim və "Bu, ola bilməz. Mən inşaat sektorundayam, bəs indi mən nə edəcəm?"-dedim.

"İndi yeni bacarıqlar öyrənmək iqtisadiyyatın böyük bir hissəsidir" - deyə, Los Anceles Texniki Peşə Kollecinin prezidenti Lourens Frank bildirir.

Lorens deyir ki, işçilər inkişaf edən texnologiya ilə ayaqlaşmaqüçün davamlı olaraq yeni bacarıqlar öyrənməli olsalar da, insan beynini tələb edən işlər hələ ki, yoxa çıxmayacaq.

"İnşaatda xidmət və ya təmir işləri görənlər, yəni santexniklər, elektriklər və buna bənzər, hər zaman hər hansısa problem həll etmək üçün ehtiyac olan peşələr, təhlükə altında deyil"-Frank deyir.

Yumşaq bacarıqların olması da işçilərə gələcəkdə işsiz qalmamağa kömək edəcək.