ABŞ Şimali Koreyanın raket sınağına hazırlıq görməsindən şübhələnir


Dünya 09 Mar 2019 19:58:00 214 0

ABŞ Şimali Koreyanın raket sınağına hazırlıq görməsindən şübhələnir

KXDR-in raket sınağına, yaxud kosmik buraxılışa hazırlıq gördüyü ehtimal olunur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ABŞ milli ictimai radiosu peyk məlumatlarına istinadla informasiya yayıb.

DigitalGlobe kompaniyasının məlumatına əsasən, Pxenyan yaxınlığında yerləşən Sanumdon yaşayış məntəqəsi rayonundakı obyektdə böyük miqdarda xüsusi texnika qeydə alınıb. "Əgər hamısı birlilikdə götürülsə, bu, həqiqətən şimali koreyalıların raket quraşdırmasına bənzəyir", - deyə Beynəlxalq Tədqiqatlar İnstitutunun mütəxəssisi Ceffri Lyuis radionun efirində bildirib.