Çıxılma yalnız kredit borclarının ödənilməsinə yönələcək


Digərləri 09 Mar 2019 19:33:00 204 0

Çıxılma yalnız kredit borclarının ödənilməsinə yönələcək

Aprelin əvvəlində problemli kreditlərlə bağlı siyahının hazırlanması üçün banklara verilən vaxt bitir. Bundan sonra təsdiqlənmiş siyahı üzrə kompensasiyaların ödənilməsinə və kreditlərin yenidən restruktrizasiya olunmasına başlanacaq.  

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyevin sözlərinə görə, ölkə başçısının məlum fərmanı 28 fevralda verilib.

Son.az oxu.az-a istinadən bildirir ki, bankların siyahıları hazırlaması üçün bir ay vaxt verilib. Bu siyahılar təsdiq ediləndən sonra banklar büdcədən ayrılan vəsaitləri müştərilərin hesabına köçürəcək və bu barədə müştərilərə məlumat verəcəklər.