Dövlət geri çəkilsə, qiymətlər 15 dəfə artar


Digərləri 09 Mar 2019 19:34:00 241 0

Dövlət geri çəkilsə, qiymətlər 15 dəfə artar

Azərbaycanda kommunal xidmətlərin özəlləşdirilməsi, sənaye parklarında dövlətin rolunun azaldılması ilə bağlı təkliflər yenidən gündəmə gəlib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu mövzuda xarici və bəzi yerli ekspertlərin fikirləri ilə dövlət məmurlarının baxışları üst-üstə düşmür.

Dünya Bankının eksperti Rajul Avaşti deyir ki, Azərbaycanda kölgə iqtisadiyyatının səviyyəsi rəsmən 30%, qeyri-rəsmi isə 60%-dir. Stress-testlər də Azərbaycanda kifayət qədər böyük kölgə iqtisadiyyatının olduğunu göstərir. Buna görə də tədbirlər görülməlidir, çünki kölgə iqtisadiyyatı böyük olduqca vergi yığımları az olacaq.

Bundan başqa, nağd əməliyyatlar, qara mühasibatlılıq gəlirləri gizlətməyə imkan yaradır. Xarici ekspert təklif edir ki, rəqəmsal ödənişlər, texnoloji hazırlıq artırılsın, eyni zamanda, dövlət sahibkarlıqdakı rolunu azaltsın.

Bunun ardınca azərbaycanlı ekspert Samir Əliyev dövlətin xüsusən kommunal sahədən çəkilməsini təklif edib və bu sektorun özəlləşməyə nə vaxt veriləcəyini sual edərək, dövlətin iqtisadiyyatdakı rolunu azaltmasına toxunub.

Hər iki ekspertin çıxışına ətraflı cavab isə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdən gəlib:

"Azərbaycanın əlində olan vərəsəliyə baxsaq və digər ölkələrin təcrübəsini nəzərə alsaq, heç də asan deyil və dövlət heç də birmənalı olaraq çəkilməli deyil. Bircə sahəni deyim, bu gün məişət tullantlarından dövlət geri çəkilsin, məişət tullantılarının idarəolunma xərci 15 dəfə qalxmalıdır.

Bunun sosial təsirlərini qiymətləndirə bilərsinizmi? Və ya su tariflərinin arxasından bu gün dövlət geri çəkilsə, tariflər dəfələrlə qalxmalıdır. Məişət tullantıları sahəsində Dünya Bankı ilə birlikdə 15 illik proqram hazırladıq və nəticə də bu oldu ki, dövlət 15-20 il müddətində tədricən çəkilsin.