Pepsi haqqında bilmədiyiniz


Digərləri 09 Mar 2019 19:40:00 292 0

Pepsi haqqında bilmədiyiniz

Pepsi - nin tarixinə gəlin, birlikdə nəzər salaq.  

"Brad-in içkisi"

Son.az bancoaz-a istinadən bildirir ki, Şimali Karolinalı əczaçı Caleb Davis Bradham, 1893 - cü ildə "Brad-in içkisi" adını verdiyi içkini öz əczəxanasında satmağa başlayır. İçkinin dispepsiyaya (həzm etməmə halı) yaxşı təsir göstərdiyinə inana Bradham, 5 il sonra içkiyə Pepsi-Cola adını verir. Hətta 1898 - ci ildə satışa çıxarılan yeni Pepsi-Cola - nın formuluna həzm prosesini asanlaşdıran "pepsin" fermenti və "vanilin" də qatılır.  

Loqosu 11 dəfə dəyişib

Marka öz loqosunu 11 dəfə dəyişib. Orjinal Pepsi-Cola yazısı bir neçə kiçik dəyişiklik edildikdən sonra 1950 - ci illərə qədər istifadə edilir. 1962 - ci ildə isə "Cola" ifadəsi artıq tarixə çevrilir. Markanın loqosu son dəfə 2008 - ci ildə yenilənib.

Yük maşını ilə ilk içki satışı

Pepsi şirkəti 135 illik tarixi ərzində bir çox yeniliyə imza atıb. Paylanılmasında at arabası əvəzinə mühərrikli nəqliyyat vasitəsindən istifadə edən ilk içki şirkəti Pepsi idi. 1908 - ci ildə başlayan yük maşını ilə paylanma məhsulun daha geniş bazarlara çatmasını təmin edirdi.  

Plastik butulkadan istifadə edən ilk marka

1970 - ci illərdə ixtira olunan plastik butulkadan istifadə edən ilk şirkət də yenə Pepsi oldu. Qırılmayan, içkilərin keyfiyyətini korlamayan və daha çox maye tutumuna malik olan plastik butulkalar məhz Pepsi sayəsində içki sektorunun standartları arasına daxil edildi.