ABŞda alimlik dərəcəsi alan


Digərləri 09 Mar 2019 19:05:00 226 0

ABŞda alimlik dərəcəsi alan

O, Bakıda "Malakan bağı" adı ilə tanınan parkdakı fəvvarədə ucalan qız heykəllərinin müəllifi, mərhum heykəltaraş Nəcəf Salamovun qızıdır. Çox təvəzökar, vətənpərvər, əzmkar xanımdır... Heç vaxt özünü diqqət mərkəzində görməyə tələsmir. Necə deyərlər, başını aşağı salıb öz elmi araşdırmaları ilə məşğuldur... Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini 83 nömrəli məktəbdə alıb. 1998-ci idə Bakı Dövlət Universitetinin Kimya fakültəsini qırmızı diplomla bitirib. 2000-ci ildə həmin ixtisas üzrə magistr dərəcəsinə yiyələnib. Oranı da qırmızı diplomla başa vurub. Elə həmin ildən də BDU-nin Üzvü kimya kafedrasında böyük elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. Burada işləyərkən ekologiya və ekoloji kimya sahəsinə onda böyük maraq yaranıb və Azərbaycanda bu sahədə tədris proqramı olmadığından qərara gəlib ki, təhsilini xaricdə davam etdirsin...  

Tərəqqi...  

Son.az azedu.az-a istinadən bildirir ki, 2002-ci ildə ABŞ-ın İndiana Universitetinə, yenidən magistr proqramına qəbul olunurb 2004-cü ildə ekalogiya ixtisası üzrə- School of Public and Environmental Affairs-də (Master"s of Science in Environmental Science) ikinci dəfə magistr dərəcəsi alıb. Bu proqram ABŞ-da ekalogiya üzrə ən mükəmməl proqramlaradan biridir ki, bütün dünyada qəbul olunur... İxtisası yaxşı mənimsədiyindən ABŞ-ın E. S. Muskie Freedom Support Act Graduate Fellowship Dövlət Deportamenti onunla maraqlanaraq, soydaşımızı ətraf mühitin zərərli maddələrlə çirklənməsi üzrə doktoranturaya dəvət edir və magistr təhsilini başa vuran kimi həmin deportamentin maliyyə dəstəyi ilə İndiana Universitetinin doktoranturasına qəbul olunur. 2011-ci ildə elmi işini uğurla müdafiə edərək ekologiya üzrə fəlsəfə doktoru (PHD) elmi dərəcəsinə yiyələnir.  Və bu sahə üzrə ABŞ-da elmi dərəcə alan ilk azərbaycanlı xanım olmaq şərəfinə nail olur... Hazırda İndiana Universitetinin Ekoloji Kimya laboratoriyasında ətraf mühitin çirklənməsinin monitorinqi proqramının direktorudur. Bu proqram ABŞ və Kanadanın Ətraf Mühitin Mühafizəsi Nazirlikləri tərəfindən maliyələşir. Onun rəhbərlik etdiyi qrum bu proqramla ABŞ-ın böyük göllərinin ətrafında, havada və bir neçə monitorinq məntəqələrində 150-dən çox zəhərli maddənin miqdarının vaxtaşırı ölçülməsi ilə məşğuldur. Proqramın nəticələrindən elmi tədqiqat inistitututları və bütün dünya agentlikləri istifadə edir... Bununla yanaşı elmi tədqiqat işlərini də davam etdirirərək, qlobal konteksdə ətraf mühitin çirklənməsi ilə çox maraqlanır. Hazırda Norveç Artikasında fəaliyyət göstərən Svalbard Universiteti ilə əşyaya qatılan yanğınəleyhinə əlavələrin hesabına Artikada ətraf mühitin zəhərli maddələrlə çirklənməsinə qarşı tədqiqatda əməkdaşlıq edir. Deyir ki, yanğınəleyhinə əlavələrin əksəriyyətinin necə də zərərli olduğunu təsəvvür etmək çox çətindir. Qlobal bir problemdir. Məsələn, məişətdə istifadə etdiyimiz mebellərin əksəriyyətində istifadə olunan yumşaq süngərlərə istehsal zamanı yanğın əleyhinə əlavə olunan maddələrin insan orqanizminə nə qədər ziyanlı olduğunu bilsəniz, dəhşətə gələrsiniz... Bunlarla yanaşı, onu böyük şəhərlərdəki binaların daxilində havanın çirklənməsi çox düşündürür. Rəhbərlik etdiyi qurum bu yaxınlarda Portuqaliya Səhiyyə Nazirliyi ilə əməkdaşlığa başlayıb. Portuqaliyanın böyük şəhərlərində, uşaq bağçalarında və qocalar evlərindəki havanı araşdırırlar. Araşdırmaların nəticələri elmi məqalələrdə, beynəlxalq konfranslarda ictimaiyyətə çatdırılacaq...  

Arzular...  

Deyir ki, gələcəkdə ekologiyanın insan sağlamlığına təsiri barədə tədqiqat aparmağı planlaşdırır. Atmosferdəki zərərli maddələrin müxtəlif xroniki xəstəliklərlə əlaqəsini araşdırmaq istəyir. Bu yaxınlarda İndiana Universitetindən, bu elm ocağının professorları ilə birlikdə, yeni bir tədqiqat aparmaq üçün qrant alıb. Layihəyə əsasən, rəhbərlik etdiyi qurum orqanizimdəki zərərli birləşmələri insanın dırnağından, tükündən nümunələr götürməklə araşdırmağa başlayacaq. Bu nümunələr vasitəsi ilə çox asan şəkildə insan orqanizminin geniş miqyasda biomonitorinqini aparmaq olacaq. İnanır ki, bu araşdırmayla ekoloji sağlamlıq sahəsində böyük nəticələr əldə edəcək. Məsələn, insanın dırnaq və tukü vasitəsi ilə onun qan qrupunu, xəstəliklərini təyin etmək mümkün olacaq...  

Amerika və amerikalılar...