"Miss & Mister Grand Azerbaijan" ikinci sezonuna start verir FOTO


Digərləri 09 Mar 2019 17:30:00 272 0

"Miss & Mister Grand Azerbaijan" ikinci sezonuna start verir  FOTO

Milli Model müsabiqəsi "Miss & Mister Grand Azerbaijan" ikinci sezonuna start verir.  Müsabiqənin açılış mərhələsi 14/03/2019-cu il tarixində Enerji-də baş tutacaq. 

Rəsmi açılış mərhələsində seçim turlarını uğurla başa vuran və finalçı adına layiq görülən 15 xanım və 15 bəy finalçımız mətbuat və ictimaiyyətə təqdim olunacaqdır. 

Açılış tədbiri mötəbər rəqs, təqdimat, peşəkar xoreoqrafiya və "After party" hissəsindən ibarət olacaq.  Gecə musiqli qonaqlar, tanınmış simalar və dj - in iştirakı ilə daha da əyləncəli olacaq. Açılış tədbiri 19:00 da başlayacaq.  Gəlin öz favorit finalçımıza dəstək olun!  Ünvan: Baku Enerji Club, Bayraq meydanının yaxınlığı.  Məlumat üçün : +994554084680 Müsabiqənin təsisçisi və təşkilatçısı Elxan Paşayevdir. Miss & Mister Grand Azərbaycan gözəllik müsabiqəsinin rəsmi info dəstəkçiləri - Day.az, Milli.az, Trend.az, Azernews.az     


Xəbərə aid fotolar