Səudiyyə Ərəbistanına 400 milyon dollarlıq “Qaşıqçı” təpkisi


Dünya 09 Mar 2019 16:06:00 201 0

Səudiyyə Ərəbistanına 400 milyon dollarlıq “Qaşıqçı” təpkisi

Hollivudun gələcək istedadları üzə çıxarmaqla bağlı fəaliyyət göstərən agentliklərindən "Endeavor" Camal Qaşıqçı cinayətinə etiraz etmək məqsədilə Səudiyyə Ərəbistanından aldğı 400 milyon dollarlıq pulu geri qaytarıb.

Son.az musavat.com-a istinadən bildirir ki, "The New York Times" qəzetinin xəbərinə görə, Ariel Emanuelin rəhbərliyi altında fəaliyyət göstərən şirkət keçən ilin yaz aylarında Səudiyyə Ərəbistanı ilə müvafiq saziş bağlayıbmış.

Lakin jurnlaist Camal Qaşıqçının İstanbuda vəhşicəsinə qətlə yetirilməsindən sonra şirkət mövqeyini dəyişib. Qəzetin xəbərində Ariel Emanuelin müqaviləyə son verməsindən dolayı ilkin dövrlərdə Ər-Riyadın intiqam alacağından qorxduğu üçün hətta mühafizəçilərlə gəzdiyi qeyd olunub.

Lakin hər halda bununla bağlı iradəsindən vaz keçməyən cəsarətli iş adamı səudiyyəlilərə ortaqlığın bitdiyini söyləyib və bəhs olunan məbləği onlara geri verib.