20 yaşlı kainat gözəli ürəktutmadan öldü FOTO


Dünya 09 Mar 2019 15:59:00 244 0

20 yaşlı kainat gözəli ürəktutmadan öldü  FOTO

2017-ci ildə "Yeniyetmə Kainat Gözəli" yarışmasının qalibi seçilən Lotte van der Zee 20-ci doğum gününü qeyd etmək üçün ailəsi ilə getdiyi xizək tətilində ürəktutmadan ölüb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı modelin ailəsi onun instaqram səhifəsində yayıb. Qızının şəkillərini paylaşan ailə "Sevimli qızımız, hər şeyimiz martın 6-da axşam saatlarında vəfat edib. Əziz Lottenin artıq yanımızda olmayacağı qorxunc bir həqiqətdir. Xahiş edirik ki, dualarınızı əsirgəməyin" sözlərini qeyd edib. 

Ailə jurnalistlərə açıqlamasında modelin əvvəlki gün dostları ilə əyləndiyini, xoşbəxt və sağlam olduğunu söyləyib. Amma səhəri gün yeməyə gəlmədiyi üçün narahat olan Hollandiya gözəlinin anası onu otağında koma vəziyyətində tapıb. 


Xəbərə aid fotolar