Məhkəmə İlhamə Quliyevanın oğlunun adı keçən dələduzluq işi ilə bağlı qərar verdi


Digərləri 09 Mar 2019 14:02:00 240 0

Məhkəmə İlhamə Quliyevanın oğlunun adı keçən dələduzluq işi ilə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində Bakıda bir neçə nəfərə qarşı dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Etibar Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, E.Hüseynovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

İttiham aktına əsasən, E.Hüseynov özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edərək bir neçə nəfərə qarşı dələduzluq edib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32,312-ci (rüşvət verməyə təhrik etmə; aktiv rüşvətxorluq) maddələri ilə ittiham irəli sürülüb.