Bu günün HAVA PROQNOZU - Bahar havası olacaq


Digərləri 09 Mar 2019 10:13:00 207 0

Bu günün HAVA PROQNOZU -  Bahar havası olacaq

Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti mülayim və yağmursuz proqnozlaşdırılıb.

Bakı. Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti mülayim və yağmursuz proqnozlaşdırılıb. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5° isti, gündüz 9-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti təşkil edəcək.