Əlcəzairdə etirazlar zamanı 195 nəfər saxlanılıb


Dünya 09 Mar 2019 08:58:00 190 0

Əlcəzairdə etirazlar zamanı 195 nəfər saxlanılıb

Əlcəzairdə etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 195 nəfər saxlanılıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Tsa-Algerie" bildirib.

Nəşrin məlumatına görə, aksiyaların gedişatında 112 polis əməkdaşı xəsarət alıb. Qeyd edilir ki, etirazlar nəticəsində Əlcəzairin paytaxtına da maddi ziyan dəyib.