Apple iPhone və iPad tətbiqlərini Maca köçürəcək


Digərləri 09 Mar 2019 08:59:00 200 0

Apple iPhone və iPad tətbiqlərini Maca köçürəcək

Bloomberg-in verdiyi məlumata əsasən Apple Marzipan təşəbbüsü əsasında tərtibatçılara həm iOS-ə həm də macOS-ə yüklənilə bilən universal tətbiqlər yaratmaq imkanını verəcək. Universal platformanın 2021-də işə salınması planlaşdırılır.

Son.az technote.az-a istinadən bildirir ki, elə bu il Apple tətbiqləri iPad-dan macOS-ə köçürmək imkanını verən yeni SDK buraxacaq. Buraxılışın iyun ayında WWDC 2019 tədbirində elan olunacağı gözlənilir.

2020-də şirkət iPhone tətbiqlərini Mac-a buraxacaq, 2021-də isə ümumi binar olacaq, hansı ki, eyni zamanda həm iPhone-da, həm iPad-da həm də Mac-da istifadə oluna biləcək.