Saatda 241 km/saat sürətə malik uçan motosiklet


Digərləri 09 Mar 2019 08:25:00 225 0

Saatda 241 km/saat sürətə malik uçan motosiklet

Jetpack Aviation (JPA) uçan motosiklet Speeder tezliklə göylərə qalxacaq.

Son.az chip.az-a istinadən bildirir ki, Speeder adlı bu motorsiklet 22 dəqiqə uçuş və saatda 241 km/saat sürətə malikdir. 10.000 ABŞ dolları məbləğində depozit ödəyə bilən hər kəs bu motosikleti öncədən sifariş edə bilər. Dörd turbojet mühərriki ilə 113 kiloqrama qədər ağırlıq daşımaq özəlliyinə sahibdir.Avtomobilin uçuş müddəti hündürlüyə və yükə görə dəyişir.

JetA və ya dizel yanacağı ilə çalışma özəlliyinə sahibdir. Şirkət tərəfindən mühərrikin 15 min metr yüksəkliyə çata biləcəyini söylənib. (Bu hündürlükdə oksigenə ehtiyacınız olduğunu unutmayın. Çünki, moyosikletin oksigen silindri kimi əlavə vasitəsi yoxdur.)