Sahil Babayev: 2019cu ilin sonunadək Azərbaycanın pensiya sisteminin proqnozlaşdırılması üzrə yeni Konsepsiya hazırlanacaq


Digərləri 09 Mar 2019 07:57:00 226 0

Sahil Babayev: 2019cu ilin sonunadək Azərbaycanın pensiya sisteminin proqnozlaşdırılması üzrə yeni Konsepsiya hazırlanacaq

Ümumilikdə islahatlar prosesi, o cümlədən pensiya təminatı sahəsində islahatlar yüksək səviyyədə davam edir və Azərbaycanın dövlət siyasəti çərçivəsində həyata keçirilmiş vacib addımlar bunun bariz nümunəsidir.

Son.az bildirir ki, bunu Trend-ə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, il ərzində yeni Konsepsiya hazırlanacaq və bu Konsepsiya 2030, 2040, 2050 və sonrakı illər üçün Azərbaycanın pensiya sistemini proqnozlaşdıracaq:

"Konsepsiya Azərbaycanın pensiya sistemində islahatlar çərçivəsində hazırlanır. Gələcəkdə biz Azərbaycanda pensiya sisteminin daha iki səviyyəsini tətbiq etmək istəyirik. Bu, beynəlxalq praktikada geniş istifadə olunur. Bu məqsədlə biz yerli və xarici ekspertləri cəlb etmişik".

S.Babayev xatırladıb ki, ötən il dövlət başçısı 2006-cı ilədək vətəndaşların sığorta stajının amnistiyasını təmin edən tarixi qanun qəbul edib: