Bu ilin ən çox gözlənilən smartfonları


Digərləri 09 Mar 2019 07:41:00 211 0

Bu ilin ən çox gözlənilən smartfonları

"Business Insider" nəşri 2019-cu ildə buraxılacaq ən çox gözlənilən smartfonları açıqlayıb. Son.az ICTnews-a istinadən bildirir ki, siyahıda "Samsung Galaxy Fold" və "Note 10", "Huawei Mate X", "Motorola Razr", "Google Pixel 3 Lite", "OnePlus 7", eləcə də "Apple" qurğuları yer alıb.

Bildirilir ki, qiyməti təxminən 2 min dollar təşkil edən qatlanan ekrana malik "Samsung Galaxy Fold" qurğusundan həm adi smartfon, həm də planşet kimi istifadə mümkündür.  

Nəşr tərəfindən "Samsung Galaxy Note 10" smartfonu də xüsusi qeyd olunub. Bu model sırası "Galaxy S" seriyası ilə müqayisədə böyüdülmüş ekran və stilus (elektron qələm) ilə seçilir. İstehsalçı tərəfindən yeni qurğunun ənənəyə uyğun olaraq yayın sonunda təqdim ediləcəyi gözlənilir.

Çin istehsalçısına məxsus "Huawei Mate X" smartfonu "Samsung Galaxy Fold" kimi, bükülən ekrana malikdir. İstehsalına ilin ortalarında başlanılacaq "Mate X" modelinin qiymətinin 2,6 min dollara bərabər olacağı proqnozlaşdırılır.

2000-ci illərin əvvəlində populyar olan "Motorola Razr" modeli yenilənmiş formatda təqdim oluna bilər. Qiyməti 1,5 min dollar təşkil edəcək model yuxarıda qeyd edilən qurğular kimi, qatlanan ekranlı olacaq.