Xanım deputatlarımız 8 Mart bayramını necə qeyd ediblər? SORĞU


Digərləri 08 Mar 2019 23:25:00 249 0

Xanım deputatlarımız 8 Mart bayramını necə qeyd ediblər?  SORĞU

Bu gün 8 mart beynəlxalq qadınlar bayramıdır.

Son.az bildirir ki, "ölkə.az" xanım deputatlarımızın bayramı necə qeyd etdiyini öyrənmək üçün sorğu keçirib.

Əlaqə saxladığımız xanım deputatlar bayram hədiyyəsini və təbriklərini  öz ailə üzvləri, yaxınları və dostlarından aldqılarını qeyd ediblər. Xanım deputatlarımız işğal olan altındakı torpaqlarımızın azad edilməsini, ölkədə sülhün, əmin-amanlığın  hökm sürməsini özlərinə ən böyük hədiyyə hesab ediblər.

Millət vəkili Sona Əliyeva  deyib ki, onun üçün bu gün ən böyük hədiyyə Qarabağın işğaldan azad olması olardı:

"Mənim üçün bundan böyük hədiyyə ola bilməz. Ümid edirəm ki, yaxın illərdə biz bunun şahidi olacağıq və onun  özümə ən böyük hədiyyə hesab edəcəm".

Bu gün hər hansı təbrikə və hədiyyə gəldikdə Sona xanım bildirib ki, ilk  təbriki həyat yoldaşından və övladlarından alıb:

"Qayınata, qayınanam və digər yaxınlarım zəng edərək  təbrik edirlər. Hesab edirəm ki,  bir xanım üçün ailəsinin, övladlarının sevgisindən, qayğısından  böyük xoşbəxtlik yoxdur. Düzdür,  biz heç vaxt təmtəraqlı bayramlar keçirmirik. Hədiyyənin böyük-kiçiyi, bahalı-ucuzu olmur. Ən əsası insana olan diqqət və qayğıdır. Bu, ən böyük hədiyyədir. Ancaq arada 2-3 ildən bir həyat yoldaşım hansısa sürprizlər edir". 

Deputat  əlavə edib ki, həyatında ən yadda qalan hədiyyə övladlarının  kiçik yaşlarında ona hazırladıqları açıqcalar olub: