Zəhərli balıq QARACİYƏRİ MƏHV EDİR


Digərləri 08 Mar 2019 23:05:00 302 0

Zəhərli balıq QARACİYƏRİ MƏHV EDİR

Panqasius və ya basa balığı - tərkibində kimyəvi maddələr, bakteriyalar, hormonlar, ağır metallar olan və sağlamlıq üçün çox təhlükəli balıqdır. 

Son.az medicina.az-a istinadən bildirir ki, ölkəmizdə də satılan bu balığın ətinin tərkibində yüksək miqdarda arsen, həmçinin, polixlor bifenil kimi bir sıra toksik və sağlamlıq üçün təhlükəli maddələr mövcuddur. 

Bu balığı nə üçün yemək olmaz? 

İş burasındadır ki, bu balıq əsasən dünyada ən çirkli çaylardan biri sayılan Vyetnamda yerləşən Mekonq çayında yetişdirilir. Bu çaya kimyəvi zavodların tullantıları, kanalizasiya suları və s. axıdılır. Sahibkarlar isə yetişdirdikləri balıqları süni geni dəyişdirilmiş qidalarla qidalandırırlar. 

Panqasius balığı dünyanın bir çox kasıb ölkələrinə ixrac edilən çox ucuz balıq növüdür. İnsanlar onun sağlamlılq üçün təhlükəsindən xəbərsiz halda alaraq istifadə edirlər.