Belçika iki antiterror xidməti arasındakı rəqabəti aradan qaldırmaq niyyətindədir


Dünya 08 Mar 2019 19:54:00 248 0

Belçika iki antiterror xidməti arasındakı rəqabəti aradan qaldırmaq niyyətindədir

Belçika hərbi kəşfiyyatının 6 zabiti bundan sonra mülki kəşfiyyatla birgə ölkənin yenidən formalaşdırılmış terror əleyhinə qrupun müşahidələrini və operativ idarə edilməsini həyata keçirəcəklər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, əvvəllər hərbi kəşfiyyatla bərabər Intel xidməti də mövcud idi. Hazırda bu iki xidmətin rəhbərləri əmindirlər ki, onlar arasında olan inamsızlıq və rəqabət geridə qalmalıdır. ADIV hərbi kəşfiyyatının rəhbəri Klod Van de Vurde KİV-lərə müsahibəsində bildirib ki, onlar arasında yaradılan qaynar xətt maksimal sürətlə fəaliyyət göstərəcək. O vurğulayıb ki, onun məqsədi rəqabət aparan iki struktur arasında inamı yenidən bərpa etməkdir. Bu iki qurum bundan sonra, həmçinin digər sahələrdə də əməkdaşlıq edəcəklər. Gələcəkdə xidmətlərin monitorinq qruplarının komandalarını birləşdirmək planlaşdırılır.