Türkiyədə ali təhsilli hər üç idmançıdan biri qadındır


Digərləri 08 Mar 2019 19:44:00 209 0

Türkiyədə ali təhsilli hər üç idmançıdan biri qadındır

Türkiyənin İdman Baş İdarəsinin 60 federasiyada apardığı hesablamaların nəticələrinə əsasən, ölkədə 4 milyon 983 min 506 universitet məzunu idmançı var. Onlardan 1 milyon 679 min 471-i qadındır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ölkədə fəaliyyət göstərən 60 federasiyanın altısında ali təhsilli qadın idmançıların sayı kişilərlə müqayisədə daha çoxdur. Universitet məzunu olan qadınların sayına görə birinci yerdə Şahmat Federasiyasıdır. Bu federasiyada ali təhsilli qadınların sayı 293 min 725 nəfərdir. İkinci və üçüncü yerlərdə 187 min 834 nəfərlə voleybol, 159 min 66 nəfərlə taekvondo federasiyaları qərarlaşıb.