Sabirabadda maşın mağazaya çırpıldı


Digərləri 08 Mar 2019 17:54:00 234 0

Sabirabadda maşın mağazaya çırpıldı

Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Son.az-a verilən məlumata görə, martın 7-də saat 21 radələrində Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində Şıxlar kənd sakini M.Əliyev idarə etdiyi "BMW" markalı avtomobili yolun kənarında olan mağazanın dıvarına vurub. Nəticədə sürücü və 1 sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.