Bakıda 40 minlik qızıl oğurlandı


Digərləri 08 Mar 2019 15:23:00 203 0

Bakıda 40 minlik qızıl oğurlandı

Bakının Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə yanvarın 25-də rayon ərazisindəki mənzillərin birindən 40 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı barədə müraciət daxil olub.

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş E.Şükürov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və bıçaq aşkar edilərək götürülüb.