Ukraynada prezidentliyə namizədlərin sayı AÇIQLANDI


Dünya 08 Mar 2019 15:10:00 219 0

Ukraynada prezidentliyə namizədlərin sayı AÇIQLANDI

Ukraynanın Mərkəzi Seçki Komissiyası Yevgeni Murayev, Dmitri Qnap və Dmitri Dobrodomovun prezidentliyə namizədliklərinin qeydə alınmasını ləğv edib.

Son.az report-a istinadən xəbər verir ki, beləliklə, prezidentlik uğrunda 39 namizəd yarışacaq.

Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Dövlət başçısı vəzifəsinə əvvəlcə 44 namizəd olub, sonradan 5 nəfər mübarizədən çəkilib. Sosial sorğulara əsasən, son bir neçə ay ərzində prezidentlik reytinqlərinin lideri Batkivşina Partiyasının rəhbəri Yuliya Timoşenko olub, ancaq yanvar ayında şoumen Vladimir Zelenski prezidentlik yarışında onu ötüb. Poroşenkonun reytinqi sorğulara əsasən, təxminən, 20% təşkil edir.