Avropa İttifaqında yay vaxtına keçid praktikasının ləğvi barədə müzakirələr aparılıb


Digərləri 08 Mar 2019 08:52:00 259 0

Avropa İttifaqında yay vaxtına keçid praktikasının ləğvi barədə müzakirələr aparılıb

İldə iki dəfə - qış vaxtından yaya və əksinə saat əqrəblərinin çəkilməsi insanların sağlamlığı, xüsusən də yaşlılar və uşaqlar üçün çox pis nəticələnir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu günlərdə Avropa Parlamentinin tribunasından bu cür fikirlər səslənib. Deputatlar bildiriblər ki, əgər saat əqrəblərinin çəkilməsi ilə üzv dövlətlər arasında ziddiyyət yaranarsa, o zaman çoxsaylı fəaliyyət sahələrinin yenidən uyğunlaşdırılmasına çox vaxt lazım olacaq və bu, 2021-ci ildən tez başa çatmayacaq. Avropa Parlamenti elmi tədqiqatlara istinadla qətnamədə qeyd edir ki, xüsusən kənd təsərrüfatı və yol hərəkəti təhlükəsizliyi baxımından bu praktikanın mənfi nəticələri daha çoxdur.