Bakıda təhlükəli tapıntı FOTO


Digərləri 08 Mar 2019 08:22:00 159 0

Bakıda təhlükəli tapıntı  FOTO

Bakının Sabunçu rayonunda tank əleyhinə mina aşkar olunub.

ANAMA-dan Son.az-a verilən məlumata görə, martın 7-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində tank əleyhinə minanın tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dəmir Yolu Nəqliyyatında polis İdarəsinin, Sabunçu Xətt polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.


Xəbərə aid fotolar