Çoxmərtəbəli binalardakı mənzillərin qiymətlərinin azaldılması təklifinə RƏSMİ MÜNASİBƏT


Digərləri 08 Mar 2019 08:15:00 257 0

Çoxmərtəbəli binalardakı mənzillərin qiymətlərinin azaldılması təklifinə RƏSMİ MÜNASİBƏT

Nazirlər Kabineti mənzil-tikinti kooperativlərinin (MTK) tikdiyi, lakin yüksək qiymət qoyulduğuna görə satılmayan mənzillərin qiymətinin aşağı salınması üçün tədbirlərin görülməsi barədə təklifə münasibət bildirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Nazirlər Kabineti bildirib ki, istifadə edilib-edilməməsindən asılı olmayaraq, fiziki şəxslərin mülkiyyətində olan hər bir mənzil sahəsi əmlak vergisinə cəlb edilir. Hüquqi şəxslərin balansında olan bütün əsas vəsaitlərin dəyəri əmlak vergisinin vergitutma obyektini təşkil edir:

"Üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alındığı mənzillərin istifadəsiz olub-olmaması daşınmaz əmlakın dövlət reyestrində toplanılan məlumatlar sırasına daxil deyil. Sözügedən məsələ bazar iqtisadiyyatı prinsiplərinə uyğun qaydada, tərəflərin razılaşması əsasında həll edilə bilər".