Yaşasaydı, 78 yaşını qeyd edəcəkdi


Digərləri 08 Mar 2019 01:30:00 235 0

Yaşasaydı, 78 yaşını qeyd edəcəkdi

1987-ci ilin 16 avqust tarixində Postsovet məkanının seks simvolu, sevimli aktyor Andrey Mironov dünyasını dəyişib. Uşaqlıq dünyamızın bəzəyi olan filmlərin gənc, yaraşıqlı obrazı yaşasaydı, dünən 78 yaşını qeyd edəcəkdi.

46 yaşında elə səhnədə beyninə qan sızma səbəbi ilə huşunu itirən Mironov xəstəxanaya yerləşdirilir. İki gün ərzində həkimlər çox çalışsalar da Andreyi xilas etmək mümkün olmur.

Son.az həyatı müqəddəs bəxşiş adlandıran seks simvolun ən maraqlı sitatlarını təqdim edir.

"Anam Mariya Mironova və atam Aleksandr Menaker az qalsın hər dəqiqə evdə məşq edirdilər. Tezliklə anladım ki, özünə edəcəyin ən böyük qəddarlıq aktyor olmaqdır".

"Hər şeyi yaxşı etməyə çalışmalısan. İstənilən halda nəticə pis alınacaq".

"Çağdaş tamaşaçı daha bilikli və məlumatlıdır. Aktyorun ondan zəif dünya görüşünə malik olmağa haqqı yoxdur".

"Aktyor üçün iki şey vacibdir: Ustalıq və şəxsiyyət. Şəxsiyyəti formalaşdırmaq üçün mütləq Sibirə köçmək, yaxud yük daşımaq gərəkmir. Ulyanova, Smoktunovskiyə bənzəməyin, yetər!"

"Deyə bilmərəm ki, "Brilliant əl" filmindəki obrazım kimi hər saniyə xoşbəxtlikdən rəqs edirəm, amma istənilən halda optimistəm".

"Xırda məişət əzablarımı mənəvi iztirabla tamamlayıram".