Televizoru seyr etmək insan üçün nə dərəcədə təhlükəli ola bilər?


Digərləri 07 Mar 2019 23:55:00 247 0

Televizoru seyr etmək insan üçün nə dərəcədə təhlükəli ola bilər?

Londonun universitet kollecinin alimlərinin açıqlamasına görə, yaşlı insanların uzun müddət televizoru seyr etməsi əqli qabiliyyətin aşağı düşməsinə səbəb olur.

Son.az deyerler.org-a istinadən bildirir ki, bu haqda "Science News" xəbər vermişdir. Mütəxəssislər 50 yaş həddində 3590 nəfər haqda məlumatları araşdıraraq, onların televizor önündə nə qədər vaxt sərf etdiyini öyrənmişdir. İştirakçılar hər iki saniyədən bir səslənən, on sözdən ibarət audio yazı dinləmişdir. Bundan sonra onlar yadda qalan sözləri təkrarlamalı idilər. Bu sınaq 6 ildən sonra bir daha keçirilmişdir. Məlum omuşdur ki, gündəlik olaraq 3,5 saatdan çox televizor qarşısında vaxt keçirmiş iştirakçılarda verbal yaddaş (mətn şəklində məlumatı yadda saxlamağa kömək edən qabiliyyət) zəifləmişdir. Bu, seyrin davamiyyətinin çox olmasından irəli gəlir.