Çili sahillərində zəlzələ baş verib


Dünya 07 Mar 2019 23:02:00 205 0

Çili sahillərində zəlzələ baş verib

Çili sahilləri yaxınlığında 5,7 maqnituda gücündə zəlzələ qeydə alınıb.

Son.az "Report"a istinadən bildirir ki, ABŞ Geologiya Xidmətinin məlumatına görə, Kokimbo şəhərinin 139 kilometr məsafəsində açıq dənizdə hiss olunan yeraltı təıkanların ocağı 10 kilometr dərinlikdə yerləşir. İnsan tələfatı və ya dağıntılar barədə bildirilmir.

Bir qədər sonra isə ölkənin şimalında, qitə ərazisində 5 maqnitudalı başqa bir zəlzələ də qeydə alınıb.