Həzrət Xızr sağ olduğu üçün insanlara hüccət sayıla bilərmi?


Digərləri 07 Mar 2019 22:50:00 212 0

Həzrət Xızr sağ olduğu üçün insanlara hüccət sayıla bilərmi?

Allahın hüccəti mövzusunda gərək deyək ki, Allah Məsumu (ə) müəyyən zaman üçün təyin edər. Həmin zaman bitəndən sonra Məsumun (ə) hüccətliyi də sona çatar.

İndiki zamanda Allah yer üzünün hüccəti kimi İmam Zaman ağanı (ə.f) bizlərə tanıtmışdır, Həzrət Xızr (ə) peyğəmbəri deyil. Çünki, sağ olmasına baxmayara, onun bəzi şərtləri hal-hazırda mövcud deyildir, O cümlədən:

1. Din təbliğindəki hərtərəflilik. Hədislərə əsasən, Həzrət Xızr (ə) xüsusi bir qövm üçün məbus olmuş peyğəmbər idi. Onun vəzifəsi ancaq həmin qövmün islahına aid idi. Amma İslam Peyğəmbərinin (s) dini bütün bəşər üçün gəlmişdir. Ona görə də o Həzrətin (s) canişinləri də eyni vəzifəyə malikdirlər. Bu səbəbdən Həzrət Xızr (ə) hal-hazırda insanlar üçün hüccət ola bilməz.

2. Fərdi xüsusiyyətlər. Məsum İmamların (ə) xüsusi sifətləri vardır ki, onları Həzrət Xızrdan (ə) üstün edir. Məntiq deyir ki, bilikdə ən üstün şəxs gərək Allahın hüccəti olsun.

Son.az deyerler.org-a istinadən bildirir ki, Səyf Təmmar nəql edir ki, İmam Sadiqin (ə) xidmətində olan zaman buyurmuşdu: "Bizi casus izləyirmi?". Biz də sağımıza və solumuza baxıb, heç kəsi görmədik. Dedik ki, biz casus görməmişik.