Əgər hamımız Həzrət Adəmin nəvələriyiksə,


Digərləri 07 Mar 2019 22:10:00 244 0

Əgər hamımız Həzrət Adəmin nəvələriyiksə,

Yer kürəsinin hər bir yerində yaşayan insanlar o yerin təbiətinə uyğun olaraq müxtəlif rəngə, irqə və dilə malikdirlər.

İrqlər arasında ən mühüm fərq - rəng fərqidir. Çox vaxt bədəndə qəhvəyi rəngdə hüceyrələr olur ki, iqlimə əsasən formalaşar. Əgər bu hüceyrələrin sayı çox olarsa, insanın bədən rəngi daha tünd olar. Əgər az olarsa, rəngi açıq-sarı olar. Asiyada yaşayan  insanların rəngi kimi. Əgər bədəndə bu hüceyrələr heç olmazsa, o zaman bədənin rəngi ağ olar. Avropa insanlarının rəngi kimi.

İnsan rənginin formalaşmasına təsir edən amillər - genetika və irsiyyət ilə yanaşı, coğrafi şərait, ictimai və hətta gigiyena amilləridir.

Əgər hədislərimizə müraciət etsək, görürük ki, Allah Təala Həzrət Adəmin (ə) xəmirini müxtəlif rənglərdən təşkil etmişdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbərə (s) sual verirlər ki, Adəm (ə) bütün gillərdən xəlq olmuşdur, yoxsa vahid bir gildən? Həzrət (s) buyurur: "Bütün gillərdən. Əgər vahid bir gildən xəlq olunsaydı, insanların bəzisi, bəzilərini tanımazdılar. Torpağında ağ, yaşıl, qırmızı və s. rənglər mövcuddur. Bəzi torpaqlar yumşaq və bəziləri də sərtdir. Ona görə də insanların bəzisi ağdır, bəziləri sarı, bəziləri qırmızı və qaradır. Rənglərdəki bu fərq - torpağın rənginə əsasəndir".