Gül mağazalarının qarşısında izdiham yaşanıb


Digərləri 07 Mar 2019 21:41:00 239 0

Gül mağazalarının qarşısında izdiham yaşanıb

Sabah üçün xüsusi proqram təşkil edən restoranlarda yerlərin azı 80 faizi dolub.

8 Mart Beynəlxalq Qadınlar Gününə bir gün qaldığından gül mağazalarında sözün əsl mənasında izdiham yaşanıb. Bəzi insanlar uzun müddət növbə gözləyiblər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, güllərin qiymətləri isə sayına görə dəyişir. Məsələn, 1 ədəd qızılgülün qiyməti 5 manatdan başlayır.

Gül buketlərinin qiymətləri isə 30, səbətlərin isə 40-50 manatdan başlayır.