Azərbaycanda ən bahalı kartof bu kənddə satılır


Digərləri 07 Mar 2019 21:42:00 249 0

Azərbaycanda ən bahalı kartof bu kənddə satılır

Şəmkir rayonunun Sabirkənd kəndinin sakinləri ötən ilin noyabr ayında əkdikləri kartofun yığımına başlayıblar.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bir sota 1 ton məhsul verən bu bitki istixana şəraitində yetişdirilir.

Kəndlilər bu məhsulu yerli toxumlardan istifadə etməklə yalnız xarici bazar üçün becərirlər. Satış qiymətləri isə fermerləri qane edir. Təsərrüfat sahibləri bir kiloqram kartofu yerində 3 manata satırlar.