“Əlhəmdu lillah” və “şükrən lillah” ifadələrinin mənasında fərq varmı?


Digərləri 07 Mar 2019 21:45:00 197 0

“Əlhəmdu lillah” və “şükrən lillah” ifadələrinin mənasında fərq varmı?

Bu ifadələrin hər ikisi Allaha münasibətdə işlədilir və yaxın mənanı bildirir. Bəzən həmd ilə şükrü tamamilə eyni məna kimi qəbul edirlər. Amma onların arasında müəyyən məna fərqləri vardır. Dilşünaslar və təfsir alimləri qeyd etmişlər ki, həmd heç bir təmənna olmadan, bir şəxsi tərifləmək deməkdir.

Son.az islam.az-a istinadən bildirir ki, həmin şəxsin adama yaxşılığı dəysə də, dəyməsə də, adam öz vicdan borcunu yerinə yetirərək onu tərifləyir. Amma şükür hər hansı yaxşılıq müqabilində minnətdarlıq bildirməkdir. Dilimizdəki "təşəkkür" sözü də eyni mənanı bəyan edir. Allah haqqında bu ifadələrin hər ikisini işlətmək düzgündür. Allah bütün gözəlliklərin mənbəyi olduğu üçün həmd edilməyə layiqdir. Eyni zamanda, Öz bəndələrinə nemətlər verdiyinə görə, Ona şükür edilməlidir.