Əlcəzair müxalifəti prezidentin istefasını tələb edir


Dünya 07 Mar 2019 21:29:00 219 0

Əlcəzair müxalifəti prezidentin istefasını tələb edir

Əlcəzairdə müxalifət qüvvələri Prezident Əbdüləziz Buteflikanın istefasını, hökumətin buraxılmasını, ölkədə keçid dövrünün elan olunmasını tələb edir.

Son.az "Report"a istinadən bildirir ki, 82 yaşlı Ə.Buteflika 5-ci dəfə prezidentliyə namizədliyini irəli sürdükdən sonra müxtəlif partiya və təşkilatlar arasında müzakirələr keçirilib.

Belə ki, bundan əvvəl hazırkı prezidentin ardıcıl beşinci dəfə namizədliyini irəli sürməsini qanunsuz hesab edən bir qrup hüquqşünas etiraz ərizəsini Konstitusiya Məhkəməsinə təqdim edib.