Utanc gətirən patologiyadan xilas olmaq mümkündür


Digərləri 07 Mar 2019 21:05:00 223 0

Utanc gətirən patologiyadan xilas olmaq mümkündür

Sidiyi qaçırmaq, saxlaya bilməmək - tibbi dildə adı İnkotinentasiya- neçə illərdir yaşlı, ahıl insanların problemi kimi təqdim olunub, daha çox nənə-baba xəstəliyi kimi yaddaşlarda qalıb.

Amma son zamanlar pasiyent şikayətləri göstərir ki, bu problemə lazımi qiymət verilməyib. Çünki gənc qadınlar, gənc analar, yeniyetmə qızlar da bu problemi keçirir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, rusiyalı uroloq Dmitriy Puşkarın məlumatına görə, qadınlar arasında sidiyi qaçırmaq 37% təşkil edir. Bu rəqəm Seçenov adına Universitetin rəqəmi ilə də üst-üstə düşür: 33,6 %

Lakin bu qadınların cəmi 8%-i probleminə görə uroloq və ginekoloqlara müraciət edir. Qalanı dərdi ilə baş-başadır, utanır, sirrini heç kimə demir. Azərbaycanda da vəziyyət belədir. Çoxları bununla barışır, hesab edir ki, sidik kisəsi boşalıb, sallanıb, yaşla bağlıdır və daha müalicəsi yoxdur.

Medicina.az sidik qaçırmasının səbəblərini təqdim edir:

Bu sidik ifrazı aktı üzərində insanın iradəsinin və nəzarətinin zəifləməsi və itməsidir.

Daha çox çətin doğuşlar, çoxsaylı doğuşlar, ginekoloji maşaların qoyulması, stress kimi səbəblərdən başlayır.

Keysəriyyə üsulu ilə ana olan qadınlarda bu patologiya 2 dəfə az rastlanır.

Kiçik çanaq dibinin əzələsinin zəifləməsi, boşalması, uretranın sfinkterinin işinin pozulması patologiyanı yaradır.

Aşağıdakı xəstəliklər də sidik saxlamamağa səbəb ola bilir:

- Artıq çəki, piylənmə

- Sidik ifrazı sisteminin anomaliyası

- Sidik kisəsinin kəskin və xroniki infeksiyaları

- Alsgeymer, Parkinson xəstəliyi

- Skleroz

- Şəkərli diabet

- İnsult

- Onkoloji xəstəlikər