Bakı bundan istifadə edə və müharibə başlada bilərdi


Dünya 07 Mar 2019 19:44:00 236 0

Bakı bundan istifadə edə və müharibə başlada bilərdi

ATƏT-in Minsk Qrupunun son aylardakı passivliyi fonunda Ermənistan və Azərbaycan liderlərinin görüşü hələ də açıqlanmayan hansısa layihənin olmasına şahidlik edir.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu "News.am" saytına açıqlamasında erməniyönlü rusiyalı politoloq Stanislav Tarasov deyib.

"Çox az adam iki ölkənin XİN rəhbərlərinin görüşü fonunda ATƏT-in Minsk Qrupunun yeni statusunun müəyyən edildiyini müşahidə edib. Ermənistanın XİN rəhbəri bəyan edir ki, biz Məmmədyarovla razılaşırıq, sonra bizim təkliflərimizə ATƏT-in Minsk Qrupu baxır. Yəni onlar razılaşırlar, ATƏT-in Minsk Qrupu isə bunu sonradan nəzərdən keçirir. Əvvəllər isə Minsk Qrupu hansısa ssenarilərlə, təkliflərlə, planlarla çıxış edirdi, tərəflər bunu müzakirə edir, sonra isə qəbul edib-etməyəcəkləri haqqında qərar verirdilər. Bütün bunlara həmçinin Əliyevlə Paşinyanın ATƏT-in Minsk Qrupunun formatından kənarda baş tutan Düşənbə, Sankt-Peterburq və Davos görüşləri şahidlik edir. Düşənbə görüşündən sonra təmas xəttində gərginlik səngidi və operativ əlaqə işləməyə başladı. Ssenari inkişaf etdi və ATƏT-in Minsk Qrupu konflikt zonasına qayıdaraq, Azərbaycan və Ermənistan liderlərinin görüşünü anons etdi. Bununla bərabər Tehranda Paşinyan sensasiyalı bəyanat verdi ki, Əliyevlə görüş danışıqlar deyil və onlar Əliyevlə ilk imkanda görüşməklə bağlı razılaşıblar. Belə bir sual yaranır ki, əgər Əliyevlə Paşinyan görüşməyə razılıq veriblərsə, ATƏT-in Minsk Qrupu nəyə lazımdır? Əgər deyirlərsə biz görüşməyə hazırıq, bu hələlik açıqlanmayan iş layihəsinin olduğunu və müzakirə edildiyini göstərir. Bu aydındır", - deyə o bildirib.

Tarasovun iddiasına görə, guya tərəflər özlərinin yeni formatında uğur qazana bilmədikləri üçün yenidən ATƏT-in Minsk Qrupunun köhnə formatına qayıdıblar:

"Azərbaycan hesab edirdi ki, ATƏT-in Minsk Qrupunu təcrid etsə, Əliyevlə Paşinyan hansısa kompromis tipində razılıq əldə edəcək. Bütün bu oyunlar situasiyanı dalan fazasına gətirib çıxardı. İndi təşəbbüs əvvəlki gündəmi təklif edən ATƏT-in Minsk Qrupuna keçir.

Belə təəssürat yaranır ki, İrəvan Qarabağ məsələsi ilə bağlı öz ssenarisini işləyib hazırlamayıb, Bakı isə "yatırımını" Paşinyana edib. Yeri gəlmişkən Əliyev seçkiqabağı təşviqat dövründə atəşkəs barədə razılaşmaya gələrək, Paşinyanı dəstəklədi, halbuki bunun əvəzində o, inqilabdan istifadə edə və müharibəni başlada bilərdi. Bakının müəyyən ümidləri var idi ki, Paşinyan hansısa konstruktiv yanaşma nümayiş etdirməlidir. Biz indi müşahidə edirik ki, hansısa yeni ssenari kulis arxasında pozulub və təhlükəli pauza yaranıb. Bu yeri doldurmaq üçün ATƏT-in Minsk Qrupu danışıqlar prosesini saxlamaq qərarına gəlib".

Son.az