Biləsuvarda təqaüdçülərin pulunu dələduzluqla mənimsəyən şəxs saxlanılıb


Digərləri 07 Mar 2019 18:18:46 177 0

Biləsuvarda təqaüdçülərin pulunu dələduzluqla mənimsəyən şəxs saxlanılıb

Faktla bağlı araşdırma aparılır.

Bakı. Biləsuvarda təqaüdçülərin pulunu dələduzluqla mənimsəyən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Biləsuvarun Nərimankənd kənd sakini T. İsayev Biləsuvar rayon polis şöbəsinə müraciət edərək bildirib ki, martın 5-də rayon ərazisində yerləşən bankomatlardan birinə təqaüdünü almaq üçün yaxınlaşıb. Yaşlı olduğundan pulu çıxarmaq üçün tanımadığı şəxsdən kömək istəyib, lakin sonuncu onu aldadaraq kartda pul olmadığını deyərək kartı qaytarıb və dələduzluq yolu ilə zərərçəkmişin 200 manat pulunu mənimsəyib.