PKK üzvü Bakıdan belə qaçmaq istəyib


Digərləri 07 Mar 2019 16:49:00 268 0

PKK üzvü Bakıdan belə qaçmaq istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşı 1990-cı il təvəllüdlü Duman Özgür Seyfəttin oğlunun ölkəsinə ekstradisiya edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə Türkiyə səfirliyinin və Azərbaycan Ədliyyə Nazirliyinin  nümayəndələri çıxış edərək təqdimatın təmin edilməsini istəyiblər. Təqsirləndirilən Duman Özgür də Türkiyəyə ekstradisiya olunmasını istəyib.

Məhkəmə təqdimatı təmin edib və D.Özgürün ölkəsinə ekstradisiya edilməsinə qərar verib. 

Belə ki, D. Özgür Türkiyədə təhlükəli, partlayıcı maddələr satmaqda ittiham edilərək 7 il 6 ay həbsdə qalıb. Həbsdən çıxdıqdan sonra  eyni əməllərə görə axtarışa verilib.