BANMda Beynəlxalq Qadınlar Günü qeyd edilib


Digərləri 07 Mar 2019 14:18:00 189 0

BANMda Beynəlxalq Qadınlar Günü qeyd edilib

Bu gün Bakı Ali Neft Məktəbinin (BANM) kampusunda 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunan təntənəli tədbir keçirilib. 

Ali Məktəbdən Son.az-a bildirilib ki, tədbirdə BANM-ın rektoru Elmar Qasımov, Ali Məktəbin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbir öncəsi Azərbaycanın dövlət himni səsləndirilib.

E.Qasımov bütün Azərbaycan xanımlarının timsalında BANM-ın xanım kollektivini 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib. Rektor bildirib ki, hər il 8 Mart ölkədə böyük həvəslə qeyd edilir, dövlət və ya özəl olmağından asılı olmayaraq əksər müəssisələrdə bu münasibətlə tədbirlər təşkil olunur. Rektor qeyd edib ki, Prezident İlham Əliyev ölkədə qadın hərəkatına böyük önəm verir, Azərbaycanın xoşbəxt gələcəyi uğrunda çalışan xanımlara hər zaman dəstək göstərir. E.Qasımov həmçinin qeyd edib ki, BANM-da xanım tələbələrin sayı əvvəlki illərə nisbətən xeylı artıb, əməkdaşların isə 60%-dən çoxu qadınlardır.


Xəbərə aid fotolar