Avstriya "Cənub Qaz Dəhlizi" vasitəsilə qaz alacağına ümid edir


Digərləri 07 Mar 2019 13:37:00 231 0

Avstriya "Cənub Qaz Dəhlizi" vasitəsilə qaz alacağına ümid edir

Avstriya Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" vasitəsilə qaz alacağına ümid edir.

Son.az xəbər verir ki, bunu Trend-ə Avstriyanın Davamlı İnkişaf və Turizm üzrə Federal Nazirliyindən deyiblər.

Qurumdan bildirilib: "Biz Azərbaycanın Avropaya istehlakçılar üçün rəqabət qabiliyyətli qiymətlərlə enerji resurslarının təhlükəsiz tədarükünün təmin edilməsi üzrə səylərini qiymətləndiririk. "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması başa çatanda Azərbaycandan qaz həcmlərinin Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, Bolqarıstan, İtaliya vasitəsilə digər Avropa ölkələrinə, o cümlədən Avstriyaya tədarük olunacağını gözləyirik".