"Qızıl Məryəm"i öldürməkdə təqsirləndirilən şəxs Ali Məhkəməyə müraciət etdi


Digərləri 07 Mar 2019 11:07:00 212 0

"Qızıl Məryəm"i öldürməkdə təqsirləndirilən şəxs Ali Məhkəməyə müraciət etdi

"Qızıl Məryəm"i öldürməkdə təqsirləndirilən bacısı oğlu Nicat Eyvazov barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.

Son.az report-a istinadən xəbər verir ki, Ali Məhkəməyə müraciət edən təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Kassasiya şikayəti hakim Şahin Yusifovun icraatına verilib.

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, 2016-cı il yanvarın 5-də hüquq-mühafizə orqanları əməkdaşları Nəsimi rayonu ərazisində 1965-ci il təvəllüdlü Namet-zadən Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyitini aşkar ediblər.