Könül Xasıyeva oğluna görə səhiyyə


Digərləri 07 Mar 2019 07:35:00 239 0

Könül Xasıyeva oğluna görə səhiyyə

Xalq artisti Könül Xasıyeva səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edib.

Son.az oxu.az-a istinadən bildirir ki, buna səbəb müğənninin oğlu Kazımın səhhətində yaranan problemlərdir.

ATV kanalında yayımlanan "Şou ATV" verilişində qonaq olan xanəndə bunları söyləyib.

"Deyirlər ki, suda boğulan saman çöpündən yapışar. Ora-bura gedirik. Arada nə qədər pul, zaman gedir. Özümü bir kənara qoyuram. Kazımın problemi getdikcə dərinləşir. O üzdən mən bizim çox hörmətli səhiyyə nazirimizə üz tuturam. Oqtay müəllimdən xahiş edirəm".