Allergik təmas dermatiti və onunla mübarizə


Digərləri 06 Mar 2019 23:54:00 198 0

Allergik təmas dermatiti və onunla mübarizə

Allergik təmas dermatiti allergenə qarşı həssaslığı olanlarda allergenlə təmasda olarkən baş verir və müxtəlif kimyəvi maddələr dəriyə sensibilizator, yəni aşındırıcı təsir göstərir. Orqanizmin sensibilizasiyasının inkişafı xəstənin allergik reaktivliyindən, sinir və endokrin sistemindən asılı olaraq 5-7 gün, bəzən də bir neçə ay çəkə bilər.

Son.az bildirir ki, allergik təmas dermatiti haqqında danışan Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova AZƏRTAC-a deyib: "Yumurta, sitrus meyvələri, çiyələk və digər allergik qidalara qarşı həssaslıq anadangəlmə də ola bilər. Daha çox yüksək həssaslıq allergenlə təkrar təmas zamanı başlayır və nəticədə orqanizmin monovalent sensibilizasiyası baş verir, ləng tipli allergik reaksiya və epidermis hüceyrələrində antigen-antitel kompleksi əmələ gəlir.

Onun əmələ gəlməsində iştirak edən amillər sənayenin inkişafı ilə əlaqədar olaraq çoxalır. Məsələn, kimyəvi boyalar, xaricə istifadə olunan müxtəlif preparatlar allergen təsir göstərə bilər.

Bununla yanaşı dermatitin əmələ gəlməsinə bioloji amillər də rol oynayır. Elə bitkilər var ki, fitodermatitlər əmələ gətirir. Fitodermatitlərin əmələ gəlməsində vacib rol oynayan bitkilərin tərkibində olan efir yağları alkaloidlər, terpen və xlorofillərdir. Həmin bitkilər qurudulanda da allergen təsirini saxlayır.

Məişətdə istifadə olunan qabyuyucu vasitələr, paltarları təmizləyən tozlar və bəzi maye sabunların da onun əmələ gəlməsində rolu var.